06 noyabr 2020 09:14
691

MN: Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edilib

Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub. Nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var. 

Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.