08 noyabr 2020 20:48
1001

MN: Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir

Ermənistan tərəfi Şuşa döyüşlərindəki uğursuzluğunu ört-basdır etmək və öz cəmiyyətini sakitləşdirmək məqsədilə guya Şuşaya yenidən nəzarəti ələ keçirmək barədə dezinformasiya yayır.

 

Bu barədə "İki sahil"ə Müdafiə Nazirliyindən məlumat verilib.

"Bəyan edirik ki, Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir".