09 noyabr 2020 14:24
853

Ermənilər Tərtərin Əskipara kəndini artilleriya atəşinə tutdu, 20 ev tam dağıldı

Ermənistan silahlı qüvvələri Tərtər rayonunun Əksipara kəndini intensiv artreliya atəşinə tutub. Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində kənddə 20 ev tam dağılıb, 80-dən artıq evə ciddi ziyan dəyib. Kənd sakini Çingiz Rüstəmova məxsus fərdi yaşayış evinə 10 top mərmisi düşüb. Ev tam olaraq dağılıb.