09 noyabr 2020 15:15
1000

Xocalıdan Xankəndi istiqamətində hərəkət edən düşmən texnikası məhv edilib

Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və döyüş texnikasını məhv etməkdə davam edir.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Noyabrın 9-da günorta saatlarında Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan 1 ədəd yük maşını zərbə PUA-sı ilə məhv edilib", - məlumatda qeyd edilib.