09 noyabr 2020 18:35
1049

Ermənistan Şuşanın tam itirildiyini etiraf etdi: Azərbaycan Ordusu Xankəndinin ətrafındadır

Şuşaya nəzarət tam itirilib, azərbaycanlı hərbçilər Xankəndinin ətrafındadır.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağda qondarma rejimin liderinin mətbuat katibi Vaqram Poqosyan öz "Facebook" səhifəsində yazıb: "Bu günə qədər təəssüf ki, bir uğursuzluq zənciri bizi izlədiyini və Şuşa şəhərinin tamamilə nəzarətimizdən çıxdığını etiraf etməliyik" - deyə, paylaşımda qeyd olunub.