11 noyabr 2020 11:36
1127

Xalqımız 30 ildir ki, qələbə həsrəti ilə yaşayırdı

"30 il idi ki, Azərbaycan xalqı qələbə həsrəti ilə yaşayırdı. Döyüş əməliyyatları ilə Azərbaycan Ordusu Vətən naminə gözünü qırpmadan canını fəda edəcəyini bir daha göstərdi".

"İki sahil" xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov deyib. Nazir bildirib ki, Azərbaycan xalqı Ordusunu sevir, dəstəkləyir və dayaq olur.

"Biz gördük ki, Azərbaycan əsgəri, zabiti Vətən uğrunda canından keçməyə hazırdır və Vətən uğrunda canından keçdi", - deyə Z.Həsənov vurğulayıb.