11 noyabr 2020 15:56
857

Ermənistanın müdafiə naziri Rusiya sülhməramlılarının komandanı ilə görüşüb

Ermənistanın müdafiə naziri David Tonoyan Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün gələn Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradovla görüşüb.

"İki sahil" APA-ya istinadən verdiyi xəbərə görə, görüşdə sülhməramlı missiyasının həyata keçirilməsi və təşkili məsələləri müzakirə edilib.