13 noyabr 2020 12:03
841

Gürcü ekspert: Azərbaycan PUA-larla müharibədə dönüş yaratdı

“Ermənistan bölgədə balansın dəyişməsi ilə bağlı reallığı və Azərbaycanın güclənməsini qiymətləndirə bilmədi”.

"İki sahil“ Report-a istinadən xəbər verir ki, bunu xarici əlaqələr üzrə ekspert Tornike Şaraşenidze “İmedi” telekanalına müsahibəsində deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan hərbi əməliyyatlar zamanı PUA-lar və yeni texnologiyalardan istifadə etməklə müharibədə dönüş nöqtəsi yaratdı: “Ermənistanda olan bütün hərbi sursat və texnika əsasən Rusiya istehsalıdır və Azərbaycanın PUA-ları qarşısında tamamilə zəif idi. Azərbaycan Ordusu həlledici məqama çatanda Rusiya müdaxiləyə qərar verdi”.

T.Şaraşenidze güclənən Azərbaycanın Rusiya üçün maraqlı tərəfdaş olduğunu və Türkiyənin bölgədə daha da fəallaşdığını qeyd edib.