13 noyabr 2020 22:52
932

Bu sənəddən imtina üçün heç bir yol qalmayıb - Paşinyan

Bu sənəddən imtina etmək üçün bizə heç bir yol qalmayıb. Məsələyə realist yanaşmaq məcburiyyətindəyik.

"İki sahil"-in məlumatina görə, bunu Nikol Paşinyan Ermənistanın İctimai televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu ortaq bir bəyanatdır, razılaşma və ya müqavilə deyil:

"İmzalamasa idim, Xankəndi ələ keçiriləcəkdi və 20-30 min hərbçimiz mühasirəyə alınacaqdı. Qərarı bir neçə saat ərzində verməli idim. Bununla Xankəndi ətrafındakı hərbçilərimizi qorumuş oldum. Bu sənəd müharibəni bitirmək üçün bir sənəddir".