Rusiyalı sülhməramlıların vasitəçiliyi ilə Azərbaycan tərəfi ermənilərə 100 meyit təhvil verib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, tərəflər arasında bu gün cəsəd mübadiləsi həyata keçirlib.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib ki, əldə edilmiş razılaşmalara uyğun olaraq rus sülhməramlılarının köməyi ilə Şuşada ölən hərbçilərin cəsədlərinin mübadiləsi prosesi başlayıb. Mübadilə Şuşa yaxınlığında baş tutub, proses davam edəcək.
Ölən hərbçilərin cəsədlərinin mübadiləsi Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin 2020-ci il 10 noyabr tarixli bəyanatının 8-ci bəndinə uyğun olaraq həyata keçirilir.