14 noyabr 2020 22:06
1029

Sülhməramlıların komandiri: Heç bir atəş səsi eşitmirik

Qarabağ ərazisində Rusiya sülhməramlı qüvvələrin komandiri, general Rüstəm Muradov təmas xəttində vəziyyətin "yavaş-yavaş" sabitləşdiyini deyib.

Modern.az TASS-a istinadla xəbər verir ki, o, döyüş əməliyyatlarının tamamilə dayandığını söyləyib:

"Ən əsası odur ki, təmas xətti ərazisində hər növ döyüş əməliyyatları dayandırılıb, biz bu gün heç bir atəş səsi eşitmirik. Vəziyyət yavaş-yavaş sabitləşir".