15 noyabr 2020 00:14
1594

Ermənilər Kəlbəcəri tərk etməkdə davam edir

Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra burada yerləşdirilmiş ermənilər gün ərzində rayonu tərk etməkdə davam edib.

Ermənilər şəxsi avtomobillərində, mikroavtobus və yük maşınlarında 27 ildən çox işğal etdiyi əraziləri tərk edir.

"İki sahil" xəbər verir ki sosial şəbəkələrdə yerləşdirilən fotolardan da aydın görünür ki, Kəlbəcərin çıxışında nəqliyyat vasitələrinin uzun tıxacı yaranıb.