15 noyabr 2020 15:33
961

Hüseyn Mahmudov: Ermənilərin Kəlbəcərdən çıxmasına nəzarət və monitorinq edirik

Azərbaycan ordusu Kəlbəcər rayonuna hərəkət etmək üçün tam hazırdır.

"İki sahil" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov deyib.

Onun sözlərinə görə, ermənilərin Kəlbəcərdən çıxması üçün yol çox dardır, proses ləngiyir:

"Vəziyyəti diqqətlə izləyirik. Yaranmış vəziyyəti ictimaiyyətə çatdırırıq. Erməni işğalçılar bizim ərazini tərk edərkən binaları, meşələri yandırır. Bununla da iç üzünü dünyaya göstərir. Biz bu proseslərə nəzarət və monitorinq edirik".