Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejimini nəzarətdə saxlamaq məqsədilə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında noyabrın 11-də vedeoformatla imzalanan anlaşma əsasında başlanan danışıqlar yekunlaşıb.
"İİki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Türkiyə-Rusiya Birgə Müşahidə Mərkəzinin qurulması və fəaliyyəti ilə bağlı texniki məsələlərin həllinə dair danışıqlar başa çatıb və müvafiq sənəd imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün mühüm işlər görülür.