Vətən müharibəsi: düşüncələr
Bu ilin payızı ruhumuzu telləndirdi. Azərbaycanı sevənlər də, işğalçıya havadarlıq edənlər də bu ilin payızını Azərbaycan Ordusunun vətənsevərliyiylə, qətiyyətiylə yazılan tarixin bəşərilik payızı bildi. Ermənistan məğlub oldu, işğal sona çatdı, işğalla birlikdə bir beynəlxalq terror şəbəkəsi də məhv edildi. Bəşəri dövlətlər buna görə Azərbaycan Ordusuna minnətdar olmalıdır. 30 il əvvəl “Kiçik budaqların üstə oturub böyük budaqları silkələmək istəyənlərin” (Eldar Baxış) ideoloji təxribatlarına uyanlar Azərbaycanda faciələr törətdi, torpaqlar işğal edildi. Beynəlxalq təşkilatlar münaqişənin nizamlanması istiqamətində “nəsə” etmək istədi, Ermənistan bu “nəsə”lərə məhəl qoymadı. Münaqişəni əks-hücum əməliyyatı kimi başlayan Vəyən müharibəsində Azərbaycan əsəgəri həll etdi. Qəti şəkildə, birdəfəlik.
Azərbaycan Ordusu möhtəşəm qələbə qazandı.
Torpaqalrımız işğaldan azad edildi.
Bu möhtəşəm qələbə azərbaycançılığın tarixə vəətənsevərlik hesabatı kimi izlənildi.
Məğlub olmuş dövlətə himayə kimi “duru suyu bulandırmaq istəyən” dövlətlər niyə unudur ki, “cidanı çuvalda gizlətmək olmur”. Belə cəhdlərin heç zaman sonu olmayıb; “tünd sirkə öz qabını çartladıb”...
Vətən müharibəsinin döyüş mərhələsi başa çatdı. Ermənistan Kəlbəcərdən, Ağdamdan, Laçından döyüşsüz çıxdı. Sentyabeın 27-nə kimi döyüş əmri gözləyən əsgərlərlə, sentyabrın 27-dən noyabrın 10-na kimi döyüşən döyüşçülərələ – qaliblərlə söhbətləşmək nə qədər xoşdur! Həm də könlündən keçənlərə cavab aldıqca, könüllərdən keçənləri cavablandırdıqca. Eşitdiklərim könül xoşluğuna dönmüşdü. “Bu qələbə tariximizin son yüz illərinin ən böğyük qələbələrindəndir. Bu qələbə dünyəviliyiylə bəşəriliyiylə tarixləşdi”, – dedim.
Döyüşlərə qədər ön xətdə, səngərlərdə qələbədən danışardıq, indi Qələbədən sonra qələbədən danışırdıq. O vaxtlar danışdıqlarımızda ümid vardı, inam vardı, indi qürur var, sevgi var. O vaxtlar “Qələbə qazanacağıq!”, – deyirdik, indi “Qələbə qazandıq!”, – deyirik.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Röyal Məmmədzadə avqustun sonlarını xatırladı. O vaxtlarda hər əsgərin düşüncələrində dolaşan bir istəkdən söz açdı:
–Hərbi xidmətə başlayan əsgərin bütün əsgərlərin bir istəyi vardı: döyüş əmri. Sentyabrən 27-də əks-hücum kimi başlayan Vətən müharibəsinə bizim hərbi hissəmiiz də cəlb edildi. Döyüşə sevginin nə olduğunu, necə olduğunu onda gördüm. Komandirimiz dedi ki, bu döyüş əzmi, qələbə ruhu bir də Türkiyənin istiqlal döyüşü ərəfəsində yaşanılıb. Hərbi xidmətə başlayandan bəri bu günü gözləyən əsgərlərimiz qətiyyətlə döyüşürdü. Hərbi hissəmizdə keçirilən tədbirlərdən birində ehtiyatda olan polkovnik-leytenant dedi ki, belə döyüşlərdə qələbəyə inam döyüş hazırlığı qədər vacibdir. Əsgərlərimiz qələbə qazanacaqlarına inanırdı. Qələbələr qazanıldıqca əsgərlərimizin döyüş əzmi də, qələbə ruhu da artırdı. Suqovuşan, Hadrut, Cəbrayıl, Zəngilan azad ediləndə sevincimiz kükrəmişdi. Bu kükrəyişin növbəti döyüşlərdə qazanılacaq qələbələrə apardığını hamımız duyurduq.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elmir Pənahlı xidmət yoldaşının dediyi xoş kəlmələrin təkcə özünə, əsgər yoldaşlarına deyil, ümumən ordumuzun şəxsi heyətinə ünvanlandığına görə qürurlandı.
Elmir Pənahlı dedi ki, döyüşlərdə iştirak etməyin qürurunu yaşamaq qədər gözəl duyğu ola bilməz. Vətən müharibəsində iştirak etmək, döyüşmək, qələbələrə qələbə qazananlarla yan-yanaşı sevinmək bizim də talemiz oldu. Bu xoş tale ömrümüzün bundan sonrasının başlanğıcıdır. Gözəl başlanğıcdır, bu gözəl başlanğıcdan sonra da gözəl yaşamağa, Vətənə gərəkli vətəndaş olmağa çalışacağıq.
Əsgər Coşqun Həsənzadə dedi ki, çağırış yaşlı olanda hərbi xidmətdən tərxis olunanların təəssüfünü hiss edirdik. Bu təəssüf torpaqlarımızı işğaldan azad edəcək döyüşləərdə iştirak etməməyin təəssüfü idi. Biz belə bir təəssüf yaşamadıq, döyüşlərdə iştirak etdik. Neçə dəfə komandirimizdən soruşmuşduq ki, Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edəcək döyüşlər nə vaxt başlayacaq. Komanirimiz demişdi ki, vaxtında başlayacq. Vaxtı bu ilin sentyabrın 27-siymiş.
Baş əsgər İzzət Şahnazarov əsgərin sözünə söykək kimi dedi ki, eyni ovqatı 2016-cı ilin aprelində mən də yaşamışam, əsgər yoldaşlarım da yaşayıb. Bu istəyə görə xidmətimizi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirdik. Mənim hərbçi qardaşlarım Vətən müharibəsinin ilk günlərindən mərdliklə döyüşdülər. yaralananlar da oldu, çoxusu döyüşü yaralı-yaralı davam etdirdi...
Azərbaycan Respublukasının Prezidenti İlham Əliyevin oktyabrın 6-da xalqa müraciətində dediyi “Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ırazi bütövlüyümüzü bərpa edəcəyik” fikirlər Vətən müharibəsinin gedişində işğalçı dövlətə də, onun havadarlarına da ciddi xəbərdarlıq idi. Onda Azərbaycan əsgəri Vətən müharibəsinin ilk qələbələrini qazanırdı. Ölkə başçısının dedikləri qazanılan qələbələrin davamlı olacağına, torpaqlarımızın işğaldan tamamilə azad ediləcəyinə dünyəvi, bəşəri zəmanət idi. Suqovuşan azad edildi, Füzuli. Cəbrayıl, Zəngilan Qubadlı, Şuşa azad edildi; 8 noyabr 28 il əvvəlin 8 mayının ağrılarını beləcə yumşaltdı.
Əsgər Kamil Bayramov dedi ki, ordumuz Kəlbəcəri də, Ağdamı da, Laçını da işğaldan azad edə bilərdi, azad edəcəkdi. noyabrın 10-da Rusiya, Azərbaycan, Ermənistan üçtərəfli Bəyanatı imzalandı. Bu Bəyanat Ermənistanın məğlubiyyət aktı idi...
Döyüşlərdən danışmışdıq. Qələbədən, qaliblərdən danışdıq. Sözarası Rusiya mətbuatında dərc olunmuş bir məqalədən bir fikri xatırlatdım: “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar”. İlk baxışda adi döyüş təəssüratı. döyüş təsviri kimi görünən bu fikirlər, əslində, qüdrətin təsviridir, – dedim. Araya bir anlığa sükut çökdü. Əsgərlərimiz səngərsiz ərazilərimizdən dövlət sərhədlərimizə sarı baxaraq dedilər:
–Məhz buna görə də Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsinin taleyini həll etdi...
Əsgər Röyal Məmmədzadə dedi ki, komandirimiz bizi qazanılan qələbəyə görə həm hərbçi kimi təbrik etdi, həm də vətəndaş kimi…
Qalib əsgərlərlə tarixin son yüz ilinə bu qələbənin işığından baxdıq...
Rəşid Faxralı