13 sentyabr 2021 16:49
1791

Səyyad Əlizadənin vəziyyəti necədir?

Bir neçə saat əvvəl məşhur müğənni, xalq mahnıları və estrada ifaçısı Səyyad Əlizadə Zığ qəsəbəsində koronavirus xəstələri üçün nəzərdə tutulan modul tipli xəstəxanaya yerləşdirilib.

“İki sahil” xəbər verir ki,  bunu müğənninin qardaşı Səccad Əlizadə deyib.

O bildirib ki, Səyyad Əlizadə 10 gün ərzində xəstə olub: "Bu gün onun vəziyyəti kəskin pisləşib və xəstəxanaya yerləşdirilib. O, hazırda süni nəfəs aparatına qoşulub. Həkimlər analiz götürüb, müalicə aparılır".