15 sentyabr 2021 16:37
1059

Yeni mahnı yeni stil

Məşhur türk müğənni Kalben, sözləri və musiqisi Umut Çetin tərəfindən yazılan "Bilmiyor İçim" adlı yeni mahnısını təqdim edib. 

“İki sahil” xəbər verir ki, Kalben, rejissor Dilan Bozyelin klipində yepyeni bir stil alıb.

Klipdə, Dövlət Opera və Balet Müdirliyinin əsas rəqqaslarından olan dünyaca məşhur balet rəqqasəsi Erhan Güzel Kalbenlə birlikdə baş rolu oynayır. Kostyumların dizaynı Kadir Kılıçdır.