17 sentyabr 2021 11:03
1158

Günel: Özümə mane olmağı bacarmıram - FOTO

Müğənni Günel Zeynalova Türkiyədə alış-veriş edərkən obyektivlərə tuş gəlib.

“İki sahil” xəbər verir ki,  sənətçi jurnalistlərə açıqlamasında alış-veriş sevgisindən danışıb. O bildirib ki, mağazaya girəndə özünə mane ola bilmir:

"Bəzi əksiklərimi almağa çıxmışam. Alış-verişə gələndə nəsə alıramsa, özümü dayandıra bilmirəm. Özümə mane olmağı bacarmıram. Bazarlıq etməyi çox sevirəm".

Günelin görünüşündə etdirdiyi dəyişiklik də diqqətdən qaçmayıb. Sənətçi uzun saçlarını qısaldaraq, onlara buruq tərz verib.