17 sentyabr 2021 14:23
983

Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib.

“İki sahil” xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Twitter”də paylaşım edib.

Özbəkistanın Xivə şəhərində keçirilən Türksoyun 38-ci nazirlər iclasında iştirak edən A.Kərimov ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi və mədəni abidələrin dağıdılmasından,Vətən müharibəsindən danışdığını vurğulayıb.

O, Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyini təqdim etdiyini qeyd edib.