17 sentyabr 2021 15:22
957

Anar Kərimov Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Anar Kərimov "Twitter"də qeyd edib.

Görüş Özbəkistanın Xivə şəhərində TÜRKSOY-un nazirlər toplantısı çərçivəsində baş tutub.

"Mədəni irsin bərpası, tədqiqatçılar proqramı, şəhərlərin qardaşlaşması da daxil olmaqla ikitərəfli mədəni gündəmimiz barədə yaxşı fikir mübadiləsi apardıq", - mədəniyyət naziri qeyd edib.