“Bu şəhərdə”nin məşhur simaları, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov yeni mövsümdən ATV kanalında aparıcılıq edəcəklər.
“İki sahil” xəbər verir ki, Rafael və Coşqunun yeni layihəsinin adı “Bu şəhərdə 2050” adlanacaq. Proqramda indiyədək yayımlanan və yayımlanmayan konsertlərdən görüntülər də nümayiş olunacaq.
Məlumata görə, “Bu şəhərdə”nin ikinci layihəsinin də müzakirəsi gedir. Bununla bağlı layihə öz təsdiqini tapdıqdan sonar ətraflı məlumat veriləcək.