20 sentyabr 2021 15:08
1124

Səyyad Əlizadənin vəziyyəti yaxşılaşır

Mərkəzi Gömrük Hospitalında koronavirusdan müalicə olunan müğənni Səyyad Əlizadənin vəziyyəti yaxşılığa doğru gedir.

“İki sahil” xəbər verir ki,  bu barədə müğənninin kürəkəni Razim Qarayev bildirib.

Onun sözlərinə görə, sənətçinin koronavirusa yoluxan həyat yoldaşı tamamilə sağalıb: 

“Səyyad bəyin səhhəti yaxşılaşır. Qızdırması düşüb. Yoldaşı isə bu gün xəstəxanadan evə buraxılıb”.