Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, “Bakı” Rəsm Qalereyasının, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində Zəfər Günü münasibətilə “Qələbə hünəri” adlı sərgi açılıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərgi barədə məlumat verib. Sonra Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Səmədağa Cəfərov, Bakı Rəsm Qalereyasının direktoru Eldəniz Babayev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və rəssam Yusif Mirzə sərgidə nümayiş edilən sənət əsərləri ilə bağlı təəssürtalarını bölüşüblər.
Vurğulnıb ki, sərgi rəssamlarımızın yaradıcılığında Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərilən misilsiz qəhrəmanlığın və qazanılmış möhtəşəm tarixi zəfərin təsviri sənət əsərlərində nümayişi məqsədilə elan olunub.
Sərginin keçiriləcəyinə dair əvvəlcədən verilmiş elana uyğun olaraq 156 müəllif tərəfindən elektron variantda 200-dən çox əsər təqdim olunub və hazırda 39 müəllifin 45 əsəri sərgilənir.
Sərgi noyabrın 12-dək davame dəcək.