06 noyabr 2021 19:39
1194

Zəfər Gününə həsr olunan konsert “Qələbənin sədası”

Təhsil Nazirliyinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan “Qələbənin sədası” adlı konsert keçirilib.

Nazirlikdən "İki sahil"ə bildirilib ki, tədbirin əsas məqsədi 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü naminə canından-qanından, sağlamlığından keçən müzəffər ordumuza, Azərbaycan əsgərinə olan sonsuz minnətdarlıq duyğusunun təzahürdür. Eyni zamanda, Zəfər Günü sevincini müxtəlif bölgələrdən olan Vətən müharibəsi iştirakçısı və qazisi olan təhsil işçiləri, onların ailələri ilə birlikdə qeyd etmək olub.

Konsert proqramı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq müsabiqələr laureatları və Prezident təqaüdçüləri olan istedadlı tələbələri tərəfindən hazırlanıb. Proqramda vətənpərvərlik mövzularında bəstələnmiş əsərlər səsləndirilib.