09 noyabr 2021 05:15
902

Bülənt Ərsoy 2,5 milyon dollar qazanacaq

40 ildən çoxdur səhnə fəaliyyətinə davam edən müğənni Bülənt Ərsoyun həyatı barədə film çəkiləcək.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalist Suna Aksoy verib:

"Dünyaca məşhur dijital platforma film üçün 2,5 milyon dollar təklif edib. Bülənt Ərsoy da razılığa gəlib, hazırda görüşlər davam edir. Yaxın zamanda müqavilə imzalanacaq".