11 noyabr 2021 21:56
919

Azərbaycan yazıçısı “Çingiz Aytmatov” medalına layiq görülüb

Yazıçı, filologiya elmləri üzrə fəlsəfə doktoru Adil Cəmil Qırğızıstan Respublikasının müstəqilliyinin 30 illiyi münasibətilə “Çingiz Aytmatov” medalı ilə mükafatlandırılıb. O, “Manas” eposunun tərcümə və tədqiqində uzun illər səmərəli yaradıcılıq ximətinə görə, Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri, hüquq elmləri doktoru, professor Kayrat Osmonəliyev tərəfindən qəbul edilib.

Səfir Azərbaycanın manasşünas alimi Adil Cəmilə Qırğızıstan dövləti adından dərin təşəkkürünü bildirib.

“Çingiz Aytmatov” medalının təqdimatı zamanı iki xalqı eyni kökə bağlayan mənəvi yaxınlıqlar, siyasi, mədəni və iqtisadi sahədə görüləcək işlər haqqında da müzakirələr aparılıb, bu əməkdaşlığın hər iki xalq üçün əhəmiyyətli olacağı vurğulanıb. Şair-tərcüməçi, Əməkdar jurnalist Adil Cəmil də öz növbəsində Azərbaycanda yenicə fəaliyyətə başlamış səfirə hər iki xalq arasında dostluq, əməkdaşlıq sahəsində gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mənsumə Babayeva, “İki sahil”