12 noyabr 2021 14:16
888

Aşıq Ələsgərin heykəlinin qoyulması məsələsinə baxılacaq

“Aşıq Ələsgərin heykəlinin qoyulması məsələsinə yəqin ki, baxılacaq”.

“İki sahil” xəbər verir ki,  bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva mədəniyyət məsələlərinə çox böyük həssaslıqla yanaşır.