18 noyabr 2021 10:17
1204

Amerikalı repçi qətlə yetirildi

Amerikalı 36 yaşlı repçi Yanq Dolf qətlə yetirilib.

"İki sahil" xarici mətbuata istinadən xəbər verir, ona Tennessi ştatının Memfis şəhərində avtomobildən atəş açılıb. Repçi hadisə yerində keçinib.

Hazırda qətl barədə araşdırma aparılır.

Qeyd edək ki, 2017-ci ildə Yanq Dolfa qarşı 100-dən artıq silahlı sui-qəsd təşkil olunub. O, "Major" və "On the river" kimi məşhur albomların müəllifi kimi tanınır.