Türkiyənin məşhur aktyoru Kadir İnanır xəstəxanasına yerləşdirilib.
“İki sahil” xəbər verir ki, Muğlada qəfil xəstələnən K.İnanır Dənizlidəki Pamukkale Universitetinin Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən açıqlamada aktyorun vəziyyətinin yaxşı olduğu, müayinələrinin davam etdiyi və bir müddət xəstəxanada müalicə olunacağı bildirilib.
Yerli KİV-lərin məlumatına görə, müayinə zamanı məlum olub ki, Kadir İnanırın beyin damarında laxtalanma yaranıb.