24 noyabr 2021 11:00
1157

Nəvahi xəmsəsini yazanda Nizamidən ilhamlanıb

Dünya tarixini türk şəxsiyyətləri olmadan təsəvvür etmək mümkün deyil. Bunların arasında iki önəmli insanın adını çəkmək lazımdır: Nizami Gəncəvi və Əlişir Nəvahi.

“İki sahil” xəbər verir ki, bunu Özbəkistanın mədəniyyət naziri Ozodbek Əhmədoviç Nazarbekov deyib. O bildirib ki, bu şəxsiyyətlər düşüncə tarixinə önəmli əsərlər buraxıb.

"Nəvahi xəmsəsini yazanda Nizamidən ilhamlanıb və əsərlərində onun müəllimi olduğunu deyib. Özbəkistanda Nizaminin xəmsəsi tərcümə edilib və araşdırılıb".