01 dekabr 2021 21:32
997

Novruz Qartal xəstəxanadan evə buraxılıb

Ötən həftə bağırsaq xərçəngi xəstəliyi səbəbindən Milli Onkologiya Mərkəzinə yerləşdirilən və əməliyyat olunan Əməkdar artist Novruz Qartal evə buraxılıb.

“İki sahil” xəbər verir ki, bu barədə aktyorun çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatrın Mətbuat xidməti məlumat yayıb.

“Ötən gün xəstəxanadan çıxarılıb, qızı İlahə xanımın evindədir və ev şəraitində müalicəsi davam edir”, - məlumatda deyilir.