02 dekabr 2021 15:49
1122

Nurəddin Ədiloğlunun kitabı Təbrizdə nəşr olunub

Nurəddin Ədiloğlunun kitabı Təbrizdə nəşr olunub. 

“İki sahil” xəbər verir ki,  bu barədə müəllifə  Zəncan Universitetinin professoru, Tehranda nəşr olunan “Xudafərin” jurnalının təsisçisi və baş redaktoru Hüseyn Şərqi Dərəcək (SOYTÜRK)  xəbər verib.

 Təbriz şəhərinin “Aydın” nəşriyyatında  işıq üzü görən  kitab “Behişt zəvvarları” adlanır.

Azərbaycanın qəhrəman övladlarından bəhs edən kitabı əski Azərbaycan əlifbasına  Solmaz xanım Vəlipur və Elmira Zəncani çeviriblər. Xatırladaq ki, bu müəllifin Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza təqdim olunan sayca üçüncü  kitabıdır. Kitaba Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ  müharibəsinin şəhidi ağcabədili Etibar İsmayılov,  Aprel və Tövuz döyüşlərinin  “Akula” ləqəbli kəşfiyyatçısı, Masallıdan olan şəhid mayor Anar Novruzov, 44  günlük Vətən müharibəsinin şəhidləri -  naxçıvanlı baş leytenant Fuad Əlizadə, lənkəranlı məşhədi Orxan Dadaşlı və başqaları haqqında  məqalələr daxil edilib.