04 dekabr 2021 16:45
1012

Xalq artisti palataya köçürülüb

Zığda yerləşən Modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Eldost Bayram bu gün reanimasiyadan palataya köçürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə APA-ya xalq artistinin həyat yoldaşı Minarə Bayramova məlumat verib. O bildirib ki, sənətçinin səhhətində müsbətə doğru dəyişikliklər var.

Qeyd edək ki, Eldost Bayram bir müddət öncə “COVID-19” diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.