13 dekabr 2021 17:37
2276

Ağadadaş Ağayev: 6 dəfə əməliyyat olundum

"Ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edirəm. Səhhətimlə bağlı böyük bir imtahandan keçdim. Onlar mənim maddi və mənəvi köməyim olmasaydılar, işim ağır idi".

“İki sahil” xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Söhbət musiqidən gedir" proqramında deyib. Xərçəngdən əziyyət çəkən müğənni əməliyyat xərclərinin dövlət tərəfindən ödənildiyini açıqlayıb.  

"6 dəfə əməliyyat olundum, bir dəfə uf demədim. Özümü Allaha təslim etdim" deyə, Ağayev əlavə edib.

Qeyd edək ki, A.Ağayev Türkiyədə əməliyyat olunub.