17 dekabr 2021 16:58
1128

Eldar Əzizov: Aşıq Ələsgərin heykəlinin yeri təxminən bəllidir

"Aşıq Ələsgərin heykəlinin qoyulacağı yerin son variantı ətrafında müzakirələr gedir".

“İki sahil” xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, təxmini yer bəllidir: "Cənab Prezident tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı sərəncam imzalanıb. Artıq müvafiq göstərişlər verilib. Hazırda proses davam edir. Təxmini yer müəyyən olunub. Son variant üzərində müzakirələr gedir. Bu yaxınlarda heykəlin qoyulacağı məkan barədə ictimaiyyətə açıqlama veriləcək".