20 dekabr 2021 18:10
1378

Türkiyə aktyoru Sezai Aydın vəfat edib

Türkiyənin teatr və kino aktyoru Sezai Aydın vəfat edib.

“İki sahil” xəbər verir ki, 69 yaşlı aktyor koronavirusdan müalicə alırdı.

S.Aydın 1952-ci ildə Ankarada anadan olub. O, teatr səhnəsində çıxış etməklə yanaşı bir sıra seriallarda da çəkilib. Bundan başqa Al Paçino və Robert de Niro kimi aktyorları türk dilində səsləndirib.