21 dekabr 2021 14:17
1227

Bakıda Çingiz Aytmatovun heykəli ucaldılacaq

"Gələn il Bakıda dünya şöhrətli qırğız yazıçı və ictimai xadim Çingiz Aytmatovun heykəlinin açılışı olacaq".

“İki sahil” xəbər verir ki, bunu Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev cari ilin yekunlarına və iki ölkənin əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, paytaxt Bakıda küçələrdən birinə də Çingiz Aytmatovun adı veriləcək.