21 dekabr 2021 17:38
1804

Qarabağdan gələn səslər

Daimi oxucularımızdan biri olan təqaüdçü Rauf Hacıyev Vətən Müharibəsi dövründə qələmə aldığı şeiri redaksiyamıza ünvanlayıb.

“İki sahil” "Qarabağdan gələn səslər" adlı həmin şeiri təqdim edir: 

Qoy ucalsın İlham səsi!

Ordumuzdan zəfər səsi

Şuşamızdan azan səsi

Qarabağın şikəstəsi

***

Zəngilandan Araz səsi

Qubadlıdan zəngi səsi

Cəbrayıldan qürur səsi

Qarabağın şikəstəsi

***

Kəlbəcərdən dağlar səsi

Laçından da qeyrət səsi

Füzulidən şair səsi

Qarabağın şikəstəsi

***

Cıdır düzdən yallı səsi

Topxanadan tarix səsi

Xocalıdan sevinc səsi

Qarabağın şikəstəsi

***

Üzeyir bəyin musiqi səsi

Bülbülün də o xoş səsi

Vaqif şeirlərinin səsi

Qarabağın şikəstəsi

***

Natəvandan xanım səsi

Arifdən də muğam səsi

Qoy ucalsın Xanın səsi

Qarabağın şikəstəsi

***

Bulaqlardan şır-şır səsi

Bülbüllərin cəh-cəh səsi

İnsanların alqış səsi

Qarabağın şikəstəsi

***

Susdurulsun mərmi səsi

Guruldasın fişəng səsi

Xalqımızın sevinc səsi

Qarabağın şikəstəsi

***

Qoy ucalsın İlham səsi

Eşidilsin Qələbə səsi

Dünya eşitsin bu səsi

Qarabağın şikəstəsi

30.10.2020

Rauf Hacıyev,

Təqaüdçü