Ey möhtərəm Prezident!
Ali baş komandanım,
Cənab İlham Əliyev!
Siz belə söylədiniz,
Bir vaxt millətə, xalqa:
“Mən bütün ölkəmizi
Müasir üsullarla,
Ən yeni tələblərlə,
Yaradacam, quracam!
Ən əsası odur ki,
Mən hər bir vətəndaşın
Prezidenti olacam!”
***
Bu oldu niyyətiniz,
Bu oldu məqsədiniz!..
Bu müqəddəs məqsədlə,
Xoş məramlı niyyətlə
Yükləndiniz, doldunuz,
Yola rəvan oldunuz!..
***
Gözlərimiz önündə
Müqəddəs and içdiniz!
Uğurlu yol seçdiniz!
Uğurlu yolda belə,
Çətin səddən keçdiniz!
Elə yol tutdunuz ki,
Ölkəmiz çiçəkləndi!
Xalqımız fərəhləndi!
Ən parlaq məhəbbətlə,
Millətin ürəyinə
Siz nur kimi doldunuz!
Gecə-gündüz çalışıb,
Doğrudan, həqiqətən
Bütün varlığınızla,
Siz hər bir vətəndaşın
Prezidenti oldunuz!
***
Siz belə amallarla
Siyasət meydanında
Bütün bünövrələrə,
Zirvəlrə boy verən
Saf təməllər atdınız!
Təməl üçün yoğrulan
Hər xəmirin gözünə
Nurdan ziya qatdınız!
Müasir üsullarla,
Ən yeni tələblərlə
Doğma vətənimizi,
Sevimli yurdumuzu
Qurdunuz, yaratdınız!
Elə boy verdiniz ki,
Siyasi aləmdə də,
Cahan boyu yüksəlib,
Zirvələrə çatdınız!
***
Haqsızların önündə
Cəsarətlə durdunuz!
Hər qərəzli mövqeyə
Haqq ilə sədd qurdunuz!
Həm döyüş meydanında,
Həm siyasi aləmdə
Düşmənlərin ağzından
Qətiyyətlə vurdunuz!
Hər atılan böhtana
Sinənizi gərdiniz!
Hər söylənən yalanın
Cavabını verdiniz!
***
Populist böhtançının
Ağzına daş basdınız!
Qarabağ nidasını
Yaxasından asdınız!
Bir hünərvər həmlədən
Düşmənin canı yandı.
Azərbaycan bayrağı
Şuşada dalğalandı!..
***
Onu deməliyəm ki,
Bu tarix yaşadıqca,
Azərbaycan olduqca,
Qədirbilən xalqımız
Sizin şah əməlləri
Heç vaxt unudan deyil!
Bunu tək mən demirəm,
Dili vətən söyləyən,
Könlü yurdla döyünən,
Harda yaşasa belə,
Dövlətiylə öyünən,
Əsli Azərbaycanlı –
Bütün xalqımız deyir!
***
Var ol, ey nurlu Lider,
Xalqınla, millətinlə!
Haqq sözün, hikmətinlə!
Vətənin, dövlətinlə!
Sənə varlıq yaraşır,
Qürurun, qeyrətinlə!
İFTİXAR