26 dekabr 2021 14:39
1242

Timati karyerasını bitirir

Rusiyalı məşhur repçi Timati karyerasını sonlandırmaq qərarına gəlib.

"İki sahil" Rusiya mətbuatına istinadən xəbər verir ki, sənətçi yaxın gələcəkdə bir neçə yeni mahnısını təqdim etdikdən sonra şou-biznesdən uzaqlaşacağını bildirib:

"Sualtı iş olduqca çox idi və bu, geniş tamaşaçıya aydın görünmürdü. Relizlərlə az, bizneslə isə çox məşğul olmuşam. Nəhayət, 2021-ci ilin sonunda aysberq yavaş-yavaş üzə çıxacaq".

Qeyd edək ki, 38 yaşlı repçinin restoran və geyim biznesi var.