Sonuncu dəfə “Doya doya moda” verilişinin münsif kürsüsündə əyləşən aktrisa Seray Sever ana olacaq.
“İki sahil” xəbər verir ki, 4 aylıq hamilə olan 48 yaşlı aktrisanın əkiz övladı olacaq.
Qeyd edək ki, aktrisa 2018-ci ildə özündən 10 yaş kiçik sevgilisi Eray Sünbüllə evlidir. Uzun müddətdir övladı olmayan cütlük bunun üçün müalicə alırdı.