Mədəniyyət naziri Anar Kərimov maddi çətinlik çəkən mədəniyyət nümayəndələrinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib.
“İki sahil” xəbər verir ki, “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda mətbuat konfransında çıxış edən nazir bildirib ki, bununla Mədəniyyət Nazirliyində müvafiq mexanizmimiz yoxdur.
A.Kərimov bu məsələnin dəfələrlə mətbuatda qaldırıldığını vurğulayıb: “Biz başa düşürük. Onlar həssas təbəqəyə aid olan insanlardır. Biz mədəniyyət nümayəndələrimizə dəstək olacaq bir mexanizm yaradılmasını istəyirik, gələcəkdə buna çalışacağıq. Burda təbii ki, şəffaflıq çox önəmlidir".