28 dekabr 2021 14:01
931

Qarabağdan çəkiləcək film "Netflix"də nümayiş oluna bilər

"Bizim "Netflix"lə görüşlərimizdə məlum oldu ki, onlar Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar".

“İki sahil” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimovun “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda Mətbuat Konfransında deyib.

"Burda müəyyən şərtlər var. Biz növbəti illərdə çalışacağıq ki, "Netflix"lə əməkdaşlıq edək. "Netflix" böyük platformadır. Bu, ölkəmizin tanıdılması baxımından önəmlidir”, - o deyib.

A.Kərimov gələn il Qarabağla bağlı bədii filmin çəkilməsinə start veriləcəyini vurğulayıb: “İnanırıq ki, "Netflix"də də onun nümayişinə nail ola biləcəyik. Əlbəttə, bu haqda danışmaq üçün çox tezdir. Biz gələcəkdə Qarabağla bağlı bir çox filmlərin çəkilməsini istəyirik".

Mədəniyyət naziri hazırda “Qarabağ” futbol klubuna aid bir layihənin olduğunu diqqətə çatıdırb: ""Qarabağ" klubu ilə bağlı sənədli film çəkilməsi nəzərdə tutulur”.