2021-ci ili Çeşmedə Oğuzhan Koçla qarşılayan Demet Özdemir ilin sonunda ayrılıq xəbəri ilə gündəmə gəldi.
"İki sahil" Türkiyə mediasına istinadən xəbər verir ki, bundan əvvəl də bir neçə dəfə ayrılıq xəbəri ilə gündəmə gələn cütlük bu dəfə münasibətini birdəfəlik bitirib.
Demet yaxın dostlarına "Bu dəfə bitdi, geri dönüş yoxdur" deyib. Bir neçə gün əvvəl Parisə dincəlməyə gedən sevgililər xoşbəxt görünsə də, oradan qayıdandan sonra mübahisə edib. Bir-birinə ağır sözlər deyən aktrisa və Koç sevgilərinə son qoyub. Onlar fikirlərinin üst-üstə düşmədiyini dostları ilə bölüşüblər.