30 dekabr 2021 18:59
1443

“YUĞ Teatrı bina ilə təmin olunacaq

"YUĞ Teatrının bina ilə təmin edilməsi istiqamətində iş aparılır".

“İki sahil” xəbər verir ki,  bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

O bildirib ki, hazırda teatrın binası üçün məkan axtarılır: "İndi konkret bir söz demək mümkün deyil. Biz hazırda binanın yerini axtarırıq, məsələnin həllinə çalışırıq. Bildiyiniz kimi, o teatrın ümumi teatr fonunda xüsusi bir yeri var. Biz Mədəniyyət Nazirliyi olaraq istəyirik ki, bütün istedadlar üçün şərait yaradaq və teatrın yer problemini həll edək".