01 yanvar 2022 20:08
1309

Zamiq: 20 ildir Yeni ili evdə qeyd etmirəm

Müğənni Zamiq Hüseynov Yeni ili ailəsindən uzaqda qarşılamağından gileylənib.

“İki sahil” xəbər verir ki, sənətçi bunla bağlı sosial şəbəkədə paylaşım edib.

"20 ildir heç vaxt Yeni ili evdə qarşılamıram. Hər il səhnələrdə oluram, insanların bayram rənginə öz musiqilərimlə rəng qatıram. Səhnədə olanda ən xoşbəxt insan oluram, çünki mənə ən doğma olan yerdir səhnə" deyə, Zamiq əlavə edib.