Məşhur amerikalı aktrisa Betti Uayt 99 yaşında vəfat edib.
“İki sahil” xəbər verir ki, aktrisa 100-cü yaşını qeyd etməyə 17 gün qalmış Los-Ancelesdə dünyasını dəyişib.
"Qızıl qızlar" serialı ilə məşhurlaşan Betti karyerası boyunca 115-ə yaxın obraz canlandırıb. Aktrisa altı dəfə "Emmi" mükafatına layiq görülüb. O, həmçinin mümkün olan bütün komediya mükafatlarını qazanan yeganə aktrisadır.
Qeyd edək ki, B.Uayt "Yağış, "Bizim hekayət", "Təklif", "Bizim hekayəmiz", "Yenə sən" kimi bir çox məşhur filmdə rol alıb.