04 yanvar 2022 00:41
1460

Azərbaycanlı pianoçu beynəlxalq müsabiqədə uğura imza atıb

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin yetirməsi beynəlxalq müsabiqədə uğura imza atıb.

"İki sahil" xəbər verir ki, məktəbin 7-ci sinif şagirdi Nuray Allahverdiyeva çexiyalı bəstəkar Karl Cerninin 230 illiyinə həsr olunmuş ifaçı yarışana qatılaraq yadda qalan çıxış edib.

Gənc ifaçı Nur-Sultan şəhər mədəniyyət idarəsinin dəstəyi ilə təşkil edilən “Astana ulduzları” beynəlxalq festivallın laureatı olub. Onun çıxışı 1-ci dərəcəli diploma layiq görülüb.

Nurayın uğurunu onu müsabiqəyə hazırlayan müəllimi Yasəmən Bəşirova bölüşüb.