04 yanvar 2022 17:07
1422

Məşhur aktyor “omicron”a yoluxdu

Aktyor Erdal Özyağcılar koronavirusun “omicron” ştamına yoluxub.

“İki sahil” xəbər verir ki, bu barədə 74 yaşlı aktyor sosial media hesabında yazıb. E.Özyağcılar 4 dəfə vaksin vurduğunu buna rəğmən xəstəlikdən qaça bilmədiyini qeyd edib:

"Qrip kimi bir şeydir, amma siz yenə də diqqətli olun. Pəyvəndlərinizi vurdurun. Əyləncəlrə görə qapalı yerlərdən uzaq durun. 1 həftə, 10 gün sonra yenidən səhnədə olacağam".

Qeyd edək ki, usta aktyor sonuncu dəfə "Yasak elma" serialnında rol alıb.