06 yanvar 2022 11:09
1170

Damla Sönməz: Populyar olan hər şeyə qarşıyam

Hazırda "Aziz" serialında rol alan aktrisa Damla Sönməz "Gardirob" saytına müsahibəsi zamanı səmimi açıqlamaları ilə diqqət çəkib.

 

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa populyar olan hər şeyə qarşı olduğunu deyib: "Daha çox içində rahat olduğum şeyləri geyinirəm. Birdən-birə populyar olan hər şeyə qarşı qəribə bir qarşıdurmam var. Ona görə də yeni çıxan və hər kəsin üzərində gördüyüm paltarlara öyrəşməyim uzun vaxt aparır".